AZ

Madaqaskarı qasırğa vurdu! 11 nəfər həyatını itirib

Ada ölkəsi Madaqaskarı vuran Qamane siklonunda 11 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Qamane qasırğası Hind okeanındakı Madaqaskar ada ölkəsini vurub. Minlərlə insanın təsirinə məruz qalan qasırğa nəticəsində 11 nəfər ölüb. Səlahiyyətlilər 6 nəfərin boğulduğunu, 5 nəfərin isə uçan evlərin altına düşərək öldüyünü açıqlayıb.
Adanın şimalında təsirli olan qasırğa evlərə və yollara ziyan vurub, güclü yağışdan sonra yolları su basıb. Təxminən 7 min nəfərin daşqından zərər çəkdiyi açıqlanarkən, fırtınanın vurduğu bölgələrdə kəndlərin mərkəzlə əlaqəsinin kəsildiyi qeyd edilib. Bölgədə küləyin sürətinin saatda 150 kilometrə çatdığı bildirilib.
Freddy qasırğası keçən il Madaqaskarda da təsirli olub. Mozambik və Malavini də vuran Freddi qasırğası nəticəsində 1434 nəfər ölüb.Şayəstə Hüseynova

Seçilən
37
7
Mənbələr
Şərh ()
Bağla