AZ

ABŞ-də kran çökdü: 1 ölü, 3 yaralı

ABŞ-nin Florida ştatının Fort Lauderdeyl şəhərində kranın bir hissəsinin binadan aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

525.az xəbər verir ki, rəsmilər ekipajın kranın hündürlüyünü qaldırmağa çalışarkən bir hissəsinin boşaldığını bildirib. Hadisə yerindən çəkilən görüntülərdə nəhəng metal konstruksiyanın körpünün üstündən keçən avtomobilin üzərinə düşərək ön hissəsini əzdiyi görünür.

Belə ki, kran hissəsi ilə birlikdə düşən inşaat işçisi həyatını itirib. Yaralılardan ikisi xəstəxanaya aparılsa da, üç nəfərə də hadisə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, səlahiyyətlilər Cənub-Şərqi 3-cü küçə körpüsünü qeyri-müəyyən müddətə bağladıqlarını söyləyib.



Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Seçilən
214
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq