AZ

Futbol üzrə Ermənistan milli komandasının keçmiş qapıçısı yol polisini vurub hadisə yerindən qaçdı - VİDEO

Futbol üzrə Ermənistan milli komandasının qapıçısı Armen Fişyan Stavropol diyarında “Gelandewagen” markalı avtomobili ilə biri yol polisi əməkdaşı olmaqla iki nəfəri öldürüb, sonra isə qəza yerindən qaçıb.

Qəzaya səbəb erməni idmançının yolsuzluq avtomobili ilə Mineralnıye Vodı istiqamətində maksimal sürətlə hərəkət etməsi olub. Qafqaz yolunun 284-cü kilometrliyində o, sol zolaqdan çıxıb və polis leytenantını, həm onun cərimə yazmaq üçün saxladığı “Lada Priora” markalı avtomobilin sürücüsünü vurub. Nəticədə hər iki şəxs həlak olub.

Bundan dərhal sonra Fişyan hadisə yerindən qaçsa da, 60 kilometr sonra saxlanılıb. O, həbsi zamanı heç kimi vurmadığını iddia etsə də, maşının üzərindəki qanın haradan olduğunu izah edə bilməyib.

Fişyan barəsində “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsi ilə iş açılıb. Onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Armen Fişyan - Ermənistanın gənclərdən ibarət futbol komandalarının keçmiş qapıçısıdır. Peşəkar karyerasını 2016-cı ildə başa vurub. Bundan sonra minifutbol klublarında oynayıb.

Mənbə: “Shot” “Telegram” kanalı

Seçilən
205
37
Mənbələr
Şərh ()
Bağla