AZ

13 Avropa ölkəsindən Gürcüstana ÇAĞIRIŞ: Putin qanununu ləğv edin!

Avropanın 13 ölkəsinin parlamenti Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanunu ləğv etməyə çağırıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bir sıra Avropa ölkələrinin parlamentlərinin xarici əlaqələr komitələrinin rəhbərləri birgə bəyanatla çıxış ediblər.

 

Çexiya, Danimarka, Estoniya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Litva, Latviya, Norveç və Polşa sözügedən bəyanata qoşulan dövlətlərdir:

 

“Gürcüstanın Avropayönlü vətəndaş cəmiyyətini və qeyri-hökumət sektorunu ləkələmək və zəiflətmək üçün nəzərdə tutulmuş bu Rusiya tipli Putin qanununun məzmunundan dərin narahatlığımızı bildiririk”.

Seçilən
183
50
Mənbələr
Şərh ()
Bağla