AZ

Bakı Dəmir Yolu Vağzalında parklanma tarifləri müəyyənləşibVİDEO

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib.

Xezerxeber.az-ın məlumatına görə, parklanmanın ilk 15 dəqiqəsi pulsuz olacaq. Avtomobilin ərazidə saxlama vaxtına görə müəyyən edilən tariflərdə 20-24 saat üçün 30 manat nəzərdə tutulub. Digər vaxtlar üçün isə qiymətlər fərqlidir.

Sürücülər arasımda tariflərdən narazı qalanalar da, razı olanlar da var.

Parklanma üçün tariflərin yüksək təyin olmasına "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova aydınlıq gətirib. Bildirib ki, sözügedən zona ilk növbədə qatarlardan istifadə edən sərnişinlərin vağzal ərazisinə rahat daxil olması üçün nəzərdə tutulub. Ona görə də 15 dəqiqədən artıq digər məqsədlərlə ərazidə avtomobil saxlamaq istəyənlər müəyyən edilən tariflərə uyğun avtomobillərini parkinq edə bilərlər.

Sənubər Nəzərova onu da əlavə edib ki, vağzal ətrafında uyğun qiymətlərlə fəaliyyət göstərən "Azparkinq" yerüstü və yeraltı dayanacaqları sürücülərin xidmətindədir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
200
50
Mənbələr
Şərh ()
Bağla