AZ

"Burada tibbi avadanlıq da çox yüksək səviyyədə olmalıdır" - HƏKİM FİKRİ

“2021-ci ilə nisbətən 2022-ci ildə hamiləlik, doğuş zamanı qadın ölümlərinin sayı azalıb. Bunun özü müsbət haldır. Təkcə rayonlarda yox, Bakıda da qadınların daha çox üzləşdiyi vəziyyət preeklampsiya, eklampsiya hallarıdır. Buna mamalıq patalogiyası deyirik. Daha çox ölüm riskini bunlar verir. Qadınların xəstəxanaya çox ağır vəziyyətdə gəldiyi ilə rastlaşıram. Düşünürsən ki, görəsən, sağ qalacaq yoxsa yox”. Bu sözləri SİA-ya danışan həkim-ginekoloq Təranə Həsənova deyib.
O deyib ki, paytaxtda, istərsə də rayonlarda buna laqeydlik, başı soyuqluq, həkimə getməyə icazə verilməmə bilmirəm, nə istəyirsiniz ad verin: “Düşünürəm ki, rayonlarda da eyni səbəbdir. Xəstəxana, həkimlər, tibbi avadanlıqdan öncə xəstənin vaxtında həkimə müraciət eləməsini düşünməliyik. Hamilə qadınlar 7 aya qədər ayda bir dəfə, 7-ci aydan sonra ayda iki dəfə həkim qəbulunda olmalıdır. Hər dəfə mütləq qanın və sidiyin ümumi analizi verilməlidir”.

Həkim ağır vəziyyətdə gələn xəstəni qəbul edən həkimin hazırlıq səviyyəsinin yüksək olmamasını da inkar etməyib: “Konkret deyə bilməsəm də həkimlərin də buna laqeyd yanaşması, həkimlərin hazırlıq səviyyələri yüksək olmaya bilər. O da xəstənin çox ağır hallarında mümkündür. Yəni digər hallarda xəstə müraciət edirsə, həkim onu vəziyyətdən çıxarmaq qabiliyyətinə malikdir. Burada tibbi avadanlıq da çox yüksək səviyyədə olmalıdır. Bu, yalnız ağır vəziyyətdə gələn xəstələrə aiddir. Elə xəstə var ki, qanaxması olur, həkimin ikinci dərdi onda başlayır. Bölgələrdə də qan bankının olması, qan köçürmə asan deyil”.

Ləman Sərraf

Seçilən
174
50
Mənbələr
Şərh ()
Bağla