AZ

ABŞ-da qalmaqal: Bu siqaretlər prezident seçkilərinin taleyini həll edə bilər

ABŞ-dakı insan haqları qrupları 2024-cü il seçkiləri səbəbindən mentollu siqaretlərin qadağan edilməsini təxirə salan Amerika səlahiyyətlilərinə qarşı məhkəmə iddiası qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bundan əvvəl “Washington Post” ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələrinə istinadən yazıb ki, administrasiya mentollu siqaretlərə qadağanı təxirə salacaq və bu, Baydenin 2024-cü ildə yenidən dövlət başçısı seçilməsinə təsir göstərə bilər.

"Vətəndaş hüquqları və səhiyyə təşkilatlarının koalisiyası çərşənbə axşamı ABŞ Qida və Dərman Administrasiyasını mentollu siqaretləri qadağan etmək üçün tədbirlər görməyi gecikdirdiyi üçün məhkəməyə verib", QHT-ləin açıqlamasında deyilir.

Telekanalın məlumatına görə, 2020-ci ildə aparılan bir araşdırma göstərib ki, qaradərili siqaret çəkənlərin 83%-dən çoxu mentollu siqaretlərə üstünlük verir, ağdərili siqaret çəkənlərin isə yalnız 30%-i onları seçir.

“Associated Press” öz növbəsində bildirir ki, iddia ABŞ-da qarşıdan gələn prezident seçkiləri səbəbindən mentollu siqaretlərin qadağan edilməsi haqqında qanunun qəbulunun relsdən çıxa biləcəyi ilə bağlı artan narahatlığın nəticəsidir. Qeyd olunduğu kimi, bəzi Ağ Ev rəsmiləri hesab edir ki, bu qadağa mentollu siqaretləri böyük miqdarda istehlak edən qaradərili əhali arasında Bayden seçicilərinin sayını azalda bilər.

Seçilən
182
50
Mənbələr
Şərh ()
Bağla