AZ

Razi Nurullayev DOST Agentliyinin fəaliyyətini tənqid etdi

“Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib. Onların xeyli hissəsi ilə görüşmüşəm. Son bir ildə görüşdüyüm şəhid ata və analarından bir neçəsi dünyasını dəyişib və onlar evlə təmin olunmadılar”.“Cebhe.info” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.Deputat qeyd edib ki, onların 70-87 arası yaşları var, xəstə, əldən düşmüş, qocalıqdan belləri bükülmüş, bir çoxları yatağa məhkum olmuş şəhid ata və analardır:“Ağrılı cəhət budur ki, bu şəxslər dünyasını dəyişəndən sonra ailə ev almaq və şəhid statusu hüququnu itirir. Belə çıxır ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) gözləyir ki, onlar dünyalarını dəyişsinlər, onların da canı qurtarsın. Niyə ən asan və həm də humanizmdən kənar yolu seçirlər, başa düşmürəm. Axı onların evlə təminatına bütün maliyyə imkanları da var. Yenə bu günlərdə İmişli rayonundan bir şəhid anasının videosu yayılıb və qoy zəhmət çəkib onun altında yazılan minlərlə şərhləri oxuyub məsuliyyət hiss etsinlər, həm də görsünlər ki, yarıtmaz fəaliyyətləri nəticəsində dövlətin hansı şəxsləri söyülür və təhqir edilir.Bütün Azərbaycan boyu yaşı 60-dan ötmüş şəhid ata və anaları təxirəsalınmadan evlə təmin olunmalıdır. Cavan yaşlar gözləyə bilər, amma onların həyatı bitib, heç olmasa son günlərini normal vəziyyətdə yaşasınlar. Həm də dünyalarını dəyişəndə narazı və gözləri açıq getməsinlər. Vallah onların ah-naləsindən ziyan çəkənlərdən olarıq. Çıxan nəticə budur ki, yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalı və dövlət onlar qarşısında olan borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir”.Vilayət Muxtar
“Cebhe.info”

Seçilən
158
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4181
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3741
Bu yol qovşağında təmir işləri aparılacaq
3271
Bakıda hoteldə yanğın başlayıb
2826
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1928
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1776
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1583
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1580
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1546
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1381
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1326
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1262
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1243
Azərbaycan nefti ucuzlaşıb
1177
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1028
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1022
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1010
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
990
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
949
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
913