AZ

Deputatdan Aprel döyüşlərinin qəhrəmanları ilə bağlı təkliflər

 

Deputat Ceyhun Məmmədov Milli Məclisin iclasında çıxış edərkən bildirdi ki, Azərbaycanın müasir hərb tarixinin ən önəmli və həlledici döyüşlərindən biri olan şanlı Aprel zəfərindən 8 il ötür.

Deputat xatırlatdı ki, həmin tarixdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Cocuq Mərcanlı kəndini, Lələ təpə yüksəkliyini Talış kəndi ətrafında yüksəklikləri, Goranboyun Gülüstan kəndini işğaldan azad etdi: “Aprel döyüşləri 2020-ci ildə qələbəyə gedən yolun, zəfərə inamın başlanğıcı idi. Məhz həmin günlərdə 2020-ci ildə əldə etdiyimiz zəfərin əsası qoyuldu. Güclü Ermənistan ordusu mifini Azərbaycan ordusu darmadağın etdi, bizə “işğalla barışın, siz müharibə edə bilməzsiniz” deyənlərə layiqli cavab verdi”.

C.Məmmədovun sözlərinə görə, bu gün Ermənistan, Amerika Birləşmiş Ştatları, Avropa Komissiyasının görüşünə də bu prizmadan baxmalıyıq:

 “Azərbaycanın yaratdığı reallığı qəbul etməmək, bölgədə geosiyasi vəziyyəti dəyişmək. Yeri gəlmişkən, İranın da bu məsələyə susqun münasibəti də ciddi suallar doğurur. Sanki bu məsələ İranla da razılaşdırılıb. Çünki xeyli vaxtdır Fransa, Ermənistan və İran arasında bu və ya digər məsələlər ətrafında geniş müzakirələr aparılmaqdadır”.   

Deputat qeyd etdi ki, Aprel döyüşləri Azərbaycan xalqının işğalla barışmayacağını bir daha bütün dünyaya nümayiş etdirdi: “Sonrakı dövrdə Ermənistan ordusu həmin ərazilərə geri qaytarmağa çalışsa da Azərbaycan ordusu buna imkan vermədi. Aprel döyüşləri xalqımızda qələbəyə olan inamı daha da artdırdı. Dövlətimizin torpaqlarımızın azad olunması üçün səylə çalışdığını bir daha göstərdi.  Zəfərdən sonra Cocuq Mərcanlı kəndi qısa vaxtda bərpa olunaraq əhalinin ora köçürülməsi təmin olundu. Burada yeni məktəb, klub, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri məscid inşa olundu”. Deputat Aprel döyüşlərinin əhəmiyyəti nəzərə alınaraq Aprel döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda abidənin qoyulmasını, Cocuq Mərcanlıda inşa olunan muzeyin fəaliyyətə başlaması üçün addımların atılmasını təklif etdi: “Təəssüflə qeyd etmək lazımdır ki, bir neçə ildir qəsəbədə muzey inşa olunmasına baxmayaraq, hələ də fəaliyyətə başlamayıb”.    

E.Paşasoy,
Musavat.com

Seçilən
83
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14867
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14820
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14772
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12476
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10917
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8862
"Zaur, yenə çaşdın..." - VİDEO
7645
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5775
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4855
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4328
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4314
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4032
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3954
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3724
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3106
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3092
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2850
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2835
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2696