AZ

ÜST: Qəzzada öldürülənlərin sayı 33 mini keçib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayının 33 mini keçdiyini, təxminən 80 min insanın isə yaralandığını bildirib.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

İsrailin Qəzzaya hücumunda beynəlxalq yardım təşkilatı World Central Kitchenın (WCK) 7 əməkdaşının öldürülməsindən "dəhşətə gəldiklərini" ifadə edən Qebreyesus, WCK işçilərinin aclıqdan əziyyət çəkən minlərlə Qəzzalıya ərzaq yardımı çatdırmağa çalışdıqlarını deyib.

 

Qəzzaya humanitar yardımın çatdırılmasının çox çətin və təhlükəli olduğuna diqqət çəkən ÜST rəhbəri, WCK-nın fəaliyyətini dayandırması səbəbindən aclıq çəkənlərin sayında artım olacağını bildirib.

Seçilən
91
7
Mənbələr
Şərh ()
Bağla