AZ

Bakıda Olimpiya Təsnifat turniri başlayır

Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək.

“İki sahil” xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayacaq. 

Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar. Nicat  Aleksey Masiklə (Ukrayna), İslam Turpal Bisultanovla (Danimarka), Murad isveçli Aleksandar Styepanetiçlə üz-üzə gələcək.

Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.

Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Seçilən
120
8
Mənbələr
Şərh ()
Bağla