AZ

Bakıda Olimpiya Təsnifat turniri başlayır

style='margin-bottom:10px;'>

Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək.

QOL.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayacaq. 

Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar. Nicat  Aleksey Masiklə (Ukrayna), İslam Turpal Bisultanovla (Danimarka), Murad isə  isveçli Aleksandar Styepanetiçlə güləşəcək.

Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (13isveçli 0 kq) güləşəcək.

Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Seçilən
114
8
Mənbələr
Şərh ()
Bağla