AZ

Gia Xuxaşvilidən XƏBƏRDARLIQ: “Gürcüstanda qarşıdurmalar baş verə bilər”

Xəbər verdiyimiz kimi Gürcüstanın hakim “Gürcü arzusu” partiyası xarici agentlərlə bağlı qanun layihəsini növbəti dəfə parlamentə təqdim edib. Qanun layihəsinin müzakirəsinin ilk günündəcə parlamentdə deputatların davası düşüb. 

Deputat Aleko Elisaşvili hakim "Gürcü arzusu" partiyasının "xarici agentlər" haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinin hər kəsə qarşı təhqir olduğunu və bunun "Rusiya qanunu" olduğunu deyib. 

Elisaşvilinin bəyanatı hakim partiyanın deputatları tərəfindən etirazla qarşılanıb və mübahisə davaya çevrilib. Bundan sonra parlamentin sədri Şalva Papuaşvili deputatlardan “Rusiya qanunu” sözünü işlətməməyi tələb edib.

Daha sonra spiker Aleko Elisaşvilini iclas zalını tərk etməsini tələb edib.

Xatırladaq ki, ötən il də bu qanun layihəsi parlamentin müzakirəsinə çıxarılmışdı. Lakin, o zaman cəmiyyətdə yaranan qarşıdurma səbəbilə qanun layihəsinin müzakirəsi yarımçıq qalmışdı.

Bəs Gürcüstanda vəziyyət yenidən qarışa bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili bildirib ki, artıq parlamentdə qanun layihəsininin müzakirəsi başlanıb:

“Görünən odur ki, bu dəfə də müzakirələr insidentsiz keçməyəcək.  Nəticələrinə gəlincə isə onu deyə bilərəm ki, bu qanunun qəbulu bizim Avropaya inteqrasiya istiqamətində irəliləyişimizi xeyli çətinləşdirəcək. Daxili siyasətdə bu, seçki öncəsi qarşıdurma risklərini artıracaq. Ən əsası seçkilərin qanuni, sakit və sivil şəkildə  keçirilməsi imkanlarını praktiki olaraq aradan qaldıracaq”.

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
32
Mənbələr
Şərh ()
Bağla