AZ

Zurabişvili hakim partiyanı sərt tənqid etdi - "Xarici agent" qanununa görə...

Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinin yenidən müzakirəyə çıxarıldığını elan edən hakim partiyanı kəskin tənqid edib.

 

Modern.az xəbər verir ki, Salome Zurabişvili “Gürcü arzusu”nun ölkənin Avropa yolunu sabotaj etdiyini bəyan edib.

 

O, qanun layihəsini “rus layihəsi” adlandırıb. Zurabişvili deyib ki, Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusunu əvvəlcədən alıb, lakin onun sözlərinə görə, indi hakim partiya üzvlük danışıqlarının başlanmasına mane olur:

 

"İndi hər şey aydındır: Partiya bütün cəbhələrdə Avropaya yox deməklə öz seçimini etdi".

 

Bundan əlavə, Zurabişvili parlament seçkilərinə “vahid Avropa bayrağı altında” getməyin zəruriliyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
32
modern.az

10Mənbələr