AZ

NATO liderləri Ukraynanın alyansa daxil olması ilə bağlı QƏRAR VERDİ

NATO-ya üzv ölkələrin liderləri Rusiya ordusunun irəliləməsinə və Ukrayna üçün böyük ərazi itkiləri təhlükəsinə baxmayaraq, hərbi alyansın 75-ci ildönümü münasibətilə iyulda keçiriləcək sammitdə Ukraynanı Şimali Atlantika Alyansına qoşulmağa dəvət etməyəcəklər.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“NATO nümayəndələri iyulda Vaşinqtonda planlaşdırılan bayram tədbirlərində bunun baş verməyəcəyi ilə razılaşırlar ”, - nəşr yazıb.

Nəşr qeyd edir ki, alyansın indi NATO-nun kollektiv təhlükəsizlik sazişinə görə onu “1945-ci ildən bəri Avropada ən böyük quru müharibəsinə sürükləyəcək” yeni üzvü qəbul etmək arzusu yoxdur. Qəzetin mənbələri ABŞ və Almaniyanın Ukraynanın alyansa qəbul edilməsinə qarşı olduqlarını bildiriblər.

Seçilən
143
11
Mənbələr
Şərh ()
Bağla