AZ

“Azərbaycanın dostu” NATO-nun baş katibi ola bilər

Rumıniya prezidenti Klaus Yohannis bəyan edib ki, NATO-nun baş katibi vəzifəsi uğrunda mübarizəyə qoşulacaq.
İndex.az xəbər verir ki, o, bu barədə televiziya vasitəsilə müraciətində deyib.
Yohannisin prezidentlik müddəti cari ilin dekabrında başa çatlr.
Rumıniya lideri bildirib ki, NATO-nun missiyasına yeni baxışa ehtiyac duyulur: “Şərqi Avropa NATO çərçivəsindəki müzakirələrə böyük töhvə verir”.
Bundan əvvəl Yohannis “Politico” nəşrindəki məqaləsində bildirib ki, Rusiya ilə “ölüm-dirim mübarizəsində” Ukraynaya misilsiz dəstək verəcək və NATO üzvlərini Ukraynanın alyansa qoşulmasına dəstək olmağa çağırıb.
QMaraqlıdır ki, NATO-nun əsas üzvləri baş katib postuna əsas namizəd kimi Niderland Krallığının baş naziri Mark Rütteni görür. Rütteni rəsmi Berlin, London və Paris dəstəkləyir. Politico nəşri isə yazır ki, ABŞ prezidenti Co Bayden də Rüttenin təyinatına isti münasibət bəsləyir.
 
Rumıniya, Baltikyanı ölkələr və Türkiyə hələlik Rütteyə dəstəyini ifadə etməyib.
 
Macarıstan isə Rüttenin namizədliyinə qarşı çıxır. Bunu Macarıstanın XİN rəhbəri Peter Siyarto açıq-aşkar bəyan edib. “Guardian” yazır Rütte ilə macar hökuməti arasında qarşıdurma Avropa İttifaqının 2021-ci ildəki sammitində baş verib. Macarıstanın qəbul etdiyi “Uşaqların LGBT ideyalarından qorunması haqqında” qanuna xitabən Rütte bəyan edib ki, “hər bir ölkə insan haqlarına hörmətlə yanaşmalı və ya Aİ-ni tərk etməlidir”. Ardınca Niderlandın baş naziri deyib ki, onun əsas hədəfi “bu məsələ ilə bağlı Macarıstanı diz üstə qoymaqdır”.
 
NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti cari ilin oktyabr ayında başa çatır.
 
Qeyd edək ki, Klaus Yohannis Bakıya səfəri zamanı Azərbaycanı Rumıniyanın strateji və etibarlı tərəfdaşı adlandırıb.

Seçilən
147
11
Mənbələr
Şərh ()
Bağla