AZ

"Xiaomi" 30-dan çox məşhur smartfonu dəstəkləməkdən imtina edir

"Xiaomi" 2024-cü ildə dəstəyi dayandırılacaq bütün smartfonların adını açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bu barədə "HyperOS Updates" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu smartfonlar 2024-cü ildə onlar üçün sonuncu olacaq yeniləmə alacaqlar. Bundan əlavə, bəzi "Xiaomi", "Redmi" və "Poco" smartfonları yeni "HyperOS" mikroproqramına yenilənməyəcək.

Beləliklə, 2024-cü ilin ikinci rübündə "Redmi Note 10", "Redmi 10", "Poco X3 GT", C31 və C40 seriyalı smartfonlar sonuncu dəfə yeniləmə alacaqlar. Bununla belə, bir çox qurğular 2024-cü ilin 4-cü rübündə yenilənəcək və onlardan bəziləri hətta "HyperOS 1.0" alacaq. Onların arasında, "Redmi K40" seriyası, "Redmi Note 11", 11 Pro, 11S, 11T, "Xiaomi Mi 10", Civi 1, MIX 4, MIX FOLD 1, 11 Lite və "Xiaomi Pad 5" seriyalı planşetlərin bütün modelləri yer alır.

Yeniləmə "Redmi 11", "Poco F3", M4 Pro 5G, M5s, C50, X4 GT və "Redmi A1" üçün də buraxılacaq.

Dəstəyin başa çatması o deməkdir ki, smartfonlar artıq "Android"in yeni versiyalarını və yeni funksiyaları deyil, həm də təhlükəsizlik yamaqlarını almayacaq. Bu səbəbdən cihazlardan istifadə etmək təhlükəli olacaq, çünki onlar yeni zəifliklərdən qorunmayacaqlar.

Paşa Məmmədli
 

Seçilən
121
7
Mənbələr
Şərh ()
Bağla