AZ

Azərbaycanın Afrika ölkələri ilə münasibətlərində yeni mərhələ

Azərbaycanın

Bakı, 4 aprel, AZƏRTAC

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri tarixiliyi ilə seçilir. Görüş çərçivəsində Azərbaycanla Konqo arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə münasibətlərinin gələcək inkişafında təməl rolunu oynayacaq. Məhz bugünkü səfər və keçirilən görüşlər gələcəkdə Azərbaycanın Afrika ölkələri ilə münasibətlərini intensivləşdirəcək. Təbii ki, xüsusilə ticarət sahəsində əməkdaşlığın inkişafı olduqca vacibdir. Bu gün dövlət başçılarının görüşü zamanı Azərbaycanın Konqoya investisiya qoymasının mümkünlüyü məsələsinə də toxunuldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

İki ölkə arasında əməkdaşlıq sahələri arasında kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik kimi istiqamətlərin mühüm yer tutduğunu vurğulayan A.Əliyev deyib: “Daha əvvəl ölkələrimiz arasında münasibətlər Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi ilə geniş vüsət aldı. Üzv dövlətlərin sayına görə BMT-dən sonra ən böyük ikinci təşkilat sayılan Qoşulmama Hərəkatına uğurlu rəhbərlik dövlətimizin beynəlxalq aləmdə nüfuzuna xüsusi təsir göstərdi və onu beynəlxalq siyasi sistemin aparıcı ölkələrindən birinə çevirdi. Ölkəmizin Qoşulmama Hərəkatına rəhbərlik etdiyi 4 il təsisatın tarixində mühüm hadisələrlə yadda qaldı. Məhz Qoşulmama Hərəkatının sədri olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə təsisatın Parlament Şəbəkəsi, eləcə də Gənclər və Qadınlar platformaları təsis olundu.

Qoşulmama Hərəkatının sədri olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirildi. Azərbaycanın əsas tələbi peyvənd millətçiliyinə son qoyulması, kasıb ölkələrdə peyvəndə əlçatanlığının təmin olunması kimi vacib məsələ idi. Məhz ardıcıl və sistemli şəkildə aparılan bu işlər dünyada Azərbaycanın nüfuzunu artırdı, bir çox ölkələrin səmimi münasibətlər qurmasına zəmin yaratdı”.

Parlament sədrinin müavini bildirib ki, qeyd olunanlarla yanaşı, Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir. Ölkəmizdə keçirilən humanitar forumlar, konfranslar, yüksəksəviyyəli iclasların gündəliyində dünyada sülh prosesinin irəli aparılması, ədalətin bərqərar olunması dayanır. Bir müddət əvvəl ölkəmizdə təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də məhz bu gün dünyada baş verən yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizə aparmaqdır. Bu gün Fransa uzun illər müstəmləkəsi altında saxladığı ölkələrə neokolonializm siyasətini diktə edərək, bu ölkələrin istismarını davam etdirir. Müxtəlif dövlətləri öz vassalına çevirən Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinin əsas məqsədi bu ölkələri istismar etməkdir. Uzun illər istismar etdiyi Afrika ölkələrindən əl çəkmək əvəzinə, hələ də onların müstəqilliyinə imkan vermir və neokolonizm siyasətini yürütməyə davam edir.

“Görünən odur ki, Bakı şəhərində təsis olunmuş bu platforma istər Fransa, istərsə də digər ölkələr tərəfindən həyata keçirilən və ya planlaşdırılan neokolonizm siyasətinin qarşısında əsas əngəl olacaq, baş verənləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq”, - deyə o əlavə edib.

Seçilən
189
4
Mənbələr
Şərh ()
Bağla