AZ

Adil Əliyev: Afrika ölkələri ilə münasibətlərdə yeni mərhələ

4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfərə gəlib, bu ölkə tarixində ilk belə səfərdir. Dövlət başçılarının keçirdikləri ikitərəfli və geniş tərkibli görüşlər zamanı imzaladıqları Əməkdaşlıq haqqında Bəyannamə Azərbaycan-Konqo münasibətlərinin gələcək inkişafında təməl rolunu oynayacaq.

Məhz bu gün Konqonun Prezidentinin səfəri, keçirilən görüşlər gələcəkdə ölkəmizin Afrika ölkələri ilə münasibətlərini intensivləşdirəcəkdir. Təbii ki, bu əlaqələrin içərisində xüsusilə ticarət əlaqələrinin inkişafı olduqca vacibdir və bu gün dövlət başçılarının birgə görüşü zamanı Prezident İlham Əliyev Konqoya investisiya qoyulmasının mümkünlüyü məsələsinə toxunmuşdur.

Xüsusilə də, qeyd olunan sahələrin içəsində, kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik kimi mühüm xüsusatlar yer alacaqdır. Əlaqələrin inkişafında yeni dövrün yaşanması qeyd olunmuş vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda neft sahəsində təhsil alması kimi mühüm məsələlər qeyd olunmuş və dövlət başçısının tapşırığına əsasən bu ənənələrin bərpa olunması məqsədilə müvafiq göstərişlər verilib.

Daha əvvəl ölkələrimiz arasında olan münasibətlər Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi ilə geniş vüsət aldı. Üzv dövlətlərin sayına görə BMT-dən sonra ən böyük ikinci təşkilat sayılan Qoşulmama Hərəkatına uğurlu rəhbərlik dövlətimizin beynəlxalq aləmdə nüfuzuna xüsusilə təsir etdi və bizi beynəlxalq siyasətin aparıcı ölkələrindən birinə çevirdi.

Ölkəmizin Qoşulmama Hərəkatına rəhbərlik etdiyi 4 il Hərəkatın tarixində mühüm hadisələrlə yadda qaldı. Məhz Qoşulmama Hərəkatının sədri olaraq Przident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsi təsis olundu. Eləcə də, Hərəkatın önəmini və nüfuzunu artırmaq məqsədilə Gənclər və Qadınlar Şuraları təsis olunaraq, fəaliyyətə başladı.

Qoşulmama Hərəkatının sədri olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi iclası keçirildi. Azərbaycanın əsas tələbi peyvənd milliyətçiliyinə son qoyulması, kasıb ölkələrində peyvəndə əlçatanlığının təmin olunması kimi vacib məsələ idi. Məhz ardıcıl və sistemli aparılan bu işlər dünyada ölkəmizin nüfuzunu artırmış, bir çox ölkələrin səmimi münasibətlər qurmasına zəmin yaratmışdır.

Qeyd olunanlarla bərabər, ölkəmizin dünyada sülhə, sabitliyə xüsusi töhfə verir. Ölkəmizdə keçirilən Humanitar Forumlar, konfransalar, yüksəksəviyyəli iclasların əsas gündəliyində dünyada sülh gündəliyinin irəli aparılması, ədalətin bərqərar olunmasıdır. Bir müddət öncə ölkəmizdə təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də məhz bu gün dünyada baş verən yeni növ müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparmaqdır. Bu gün Fransa uzun illər öz müstəmləkəsində saxladığı ölkələrə, öz neokolonizm siyasətini diqtə edərək, bu ölkələrin istismarını davam etdirir

Məhz digər dövlətləri daim özündən vassal asılılığına çevirən Fransanın apardığı müstəmləkə siyasətinin əsas məqsədi bu ölkələri istismar etməkdir. Uzun illər istismar etdiyi Afrika ölkələrindən əl çəkmək əvəzinə hələ də həmin dövlətlərin müstəqilliyinə imkan vermir və neokolonist siyasətini yeritməyə davam edir.

Görünən odur ki, Bakı şəhərində təsis olunmuş bu platforma istər Fransa istərsə də başqa ölkələr tərəfindən həyata keçirilən və ya planlaşdırılan neokolonist siyasətinin qarşısında əsas əngəl olacaq, baş verənləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaqdır.

Seçilən
176
4
Mənbələr
Şərh ()
Bağla