AZ

Dünya üçün YENİ TƏHLÜKƏ: İran İsraili vuracaq?

ABŞ Mərkəzi Kəşfiyyat idarəsi İranın 48 saat ərzində İsrailə zərbə endirə biləcəyi ilə bağlı İsraili xəbərdar edib.Eyni zamanda İranın ali dini lideri Ayətullah Xamenei ibrani dilində yəhudilərə mesaj göndərib: "Biz Allahın köməyi ilə sionistləri Dəməşqdəki İran konsulluğuna hücum cinayətinə görə tövbə etməyə məcbur edəcəyik".Bakıvaxtı.az xəbər verir ki, xarici mətbuatda İsrailin İrana hücuma hazırlaşdığı bildirilir.İsrail və İran arasında artan qarşıdırma regionda nə ilə nəticələnək?Siyasi şərhçi Mübariz Göyüşlü Bakıvaxtı.az-a İranın İsrailə hücum edəcəyi ilə bağlı məlumatlara inanmadığını deyib. Onun sözlərinə görə, əgər bu hadisə baş verərsə, Yaxın Şərq bölgəsində və təbii ki, paralel olaraq bütövlükdə dünyada çox böyük və çox ciddi problemlərə gətirib çıxara bilər:“Miqyası genişlənən, dağıdıcı təsirləri olan müharibə prosesi meydana gələ bilər. Nəticəsi, sonucu hesablana bilməyən problemlər yaranar. Ona görə də mən bu məlumata inana bilmirəm”.Mübariz Göyüşlü: Bütün dünayada nəticəsi hesablana bilməyən problemlər yarana bilərMüsahibimiz bir müddət əvvəl Rusiyada baş verən terror hadisəsini xatırladaraq, Amerikanın Rusiyanı xəbərdar etməsini, onların dediyi kimi olmasa da, başqa formada terrorun baş verdiyini söylədi:“Elə bu mənada deyək ki, tamamilə şübhə altına almaq da olmur bu məsələni. Çünki Amerika Kəşfiyyatı dünyanın ən aparıcı peşəkarlardan ibarət bir kəşfiyyat qurumudur. Yəqin ki, ortada ciddi kəşfiyyat məlumatları var. Təhlil olunur, araşdırılır. Onların məlumatlarında səhihlik və dəqiqlik çox olur. Ona görə bu məsələni şübhə altına almaq istəməzdim, amma inanmaq da istəmirəm ki, belə hücum baş tutacaq”.Həmsöhbətimiz Amerika da daxil olmaqla böyük dövlətlərin tərəfləri sakitləşdirmək və problemləri həll etmək üçün səy göstərməli olduqlarını vurğulayıb:“Bu sakitlik və sabitlik Yaxın Şərq üçün də, bölgəmiz üçün də, dünyamız üçün də hazırkı durumda çox vacibdir. İsrail-İran münaqişəsinin və digər müharibələrin genişlənməyi dünyamızı, bəşəriyyəti məhv edəcək həddə gəlməsinin qarşısını almaq üçün bu addımı atmaq lazımdır”.Mina Mikayılova

Seçilən
159
50
Mənbələr
Şərh ()
Bağla