AZ

​Türkmənistanlı işgüzar xanım Ramila Ramazanova seçilənlərdən oldu -

21-ci əsrdə müsəlman qadınları özlərinin yaradıcı potensialının reallaşdırılması təhsil üçün yeni imkanlar əldə etdilər. Zamanla bu imkanlar qadınların özünə inam və liderlik keyfiyyətlərinin inkişafına təkan verdi. Bu gün artıq müsəlman qadını karyerası və gücü ilə özünü cəmiyyətdə sübut edib. Xeyriyyəçi fəaliyyəti ilə seçilən nüfuzlu xanımlardan bir də Türkmənistanda yaşayan Azərbaycan əsilli işgüzar xanım Ramila Ramazanovadır.
İşgüzar xanım 1976-cı ildə Türkmənistanda anadan olub. Direktor, dizayner, bloger, müəllim və stilist kimi müxtəlif peşələrdə çalışan Ramila Ramazanova biznes sferasında uğurlu fəaliyyəti ilə ön plandadır. Doqquz illik müəllimlik təcrübəsi olan peşəkar xanım eyni zamanda sertifikatlı dizaynerdir. Bir sıra dillərdə sərbəst danışan Ramila Ramazanova 10 ilə yaxın Türkmənistanda yerləşən türk şirkətlərindən birində baş direktorun müavini və tərcüməçi kimi fəaliyyət göstərib. Xeyriyyəçi xanım artıq 3 ildir ki, Türkmənistanda ilk və yeganə PR şirkətin direktoru olaraq işgüzar fəaliyyətini davam etdirir. Onun fəaliyyətində gənclər hər zaman ön plandadır. “Gələcək gənclərindir” deyən işgüzar xanım onların maariflənməsi və inkişafı üçün əlindən gələnin ən yaxşısını edir. Hər zaman qadının gücünə güvənən Ramila Ramazanova yeni başlayan sahibkarlardan, xüsusənilə qadın sahibkarlardan dəstəyini əsirgəmir. Qeyd edək ki, işgüzar xanım eyni zamanda beynəlxalq biznes platforması Milionaire Concept-in Türkmənistandakı nümayəndəsidir.

Ramila Ramazanova növbəti dəfə 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Innovative Entrepreneur of the Year” nominasiyasına layiq görülmüşdü.

Seçilən
135
8
Mənbələr
Şərh ()
Bağla