AZ

Aleksey Qorbaçov beynəlxalq The Globe Galada -

Beynəlxalq işgüzar layihələrin müəllifi, investor, investor kapital meneceri ukraynalı iş adamı Aleksey Qorbaçovun çoxşaxəli fəaliyyətinin ortaq nöqtəsi uğurdur. Fəaliyyətini Dubaydan yönləndirən iş adamı burada daşınmaz əmlak bazarına, sənaye sahələri, villaların və yaşayış binalarının tikintisinə investisiya edir.
Aleksey Qorbaçov Dubayda təsis etdiyi şirkətlə təmir işlərinin aparılması, interyer dizaynı və memarlıq layihələrinin hazırlanması kimi layihələrə imza atır. O, həm də biznesmen ruhuna, məqsədyönlülüyünə və ictimaiyyətə göstərdiyi müsbət təsirə görə müxtəlif ölkələrdə keçirilən beynəlxalq layihələrdə spiker olaraq çıxış edir. Öz sahəsinin axtarılan mütəxəssislərindən Aleksey Qorbaçov qlobal baxış bucağı, çoxillik təcrübəsi, innovativ ideyaları ilə daxil olduğu ortamlarda diqqət mərkəzində olur.

Son olaraq beynəlxalq nüfuzlu biznes platforması Millionaire Concept tərəfindən seçilənlərdən olan Aleksey Qorbaçov, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Innovative Entrepreneur of The Year” nominasiyasına layiq görülmüşdü.

Seçilən
135
8
Mənbələr
Şərh ()
Bağla