AZ

"Müstəqil olan dövlətdə siyasi məhbus olmur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan qanunvericiliyinə görə həbs olunanların heç biri siyasi məhbus deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, siyasi məhbus o vaxt sayıla bilər ki, onlar ümumiyyətlə dövlətin idarəçilik sistemini yox, bütünlüklə dövlətin sistemini dəyişsinlər: "Ancaq 90-cı illərdə Azərbaycanda siyasi məhbuslar olub. Çünki 88-ci il azadlıq hərəkatı başlayanda Azərbaycan tərəfindən gündəmə gətirilmiş bir məsələ idi ki, SSRİ dağılsın və müstəqil Azərbaycan qurulsun. Bu, bir siyasi yanaşmadır. Azərbaycan müstəqildir. Müstəqil olan dövlətdə siyasi məhbus olmur. Çünki siyasi məhbus siyasi baxışlarına görə siyasi məhbus hesab olunur. Əgər iqtidarın hakimiyyətdən getməsi tələb olunursa, bu siyasi məhbus sayılmır. Bu, dövlət çevrilişinə cəhddir, dövlətin əleyhinə təbliğat aparmaqdır, yaxud da dövlət başçısını təhqir etməkdir. Yəni bu tip məsələlər bu və ya digər formada insanların həbs olunması, onların hansısa siyasi partiyaya mənsubluğu ilə əlaqədar deyil.

Yeni Azərbaycan Partiyasından Binəqədidə bacılar, Gənclər Təşkilatının sədri də həbs olundu. Onlara siyasi məhbus deyən yoxdur. Deməli, ancaq Azərbaycanda siyasi məhbus iki partiyadan olur. Xalq Cəbhəsi ilə Müsavat Partiyasından. Nə istəsələr onlar eləyə bilərlər, onlara huquq mühafizə orqanları toxuna bilməz. Əli Kərimlinin də əlinə imkan düşür, o dəqiqə tez hay-küy salır. Müavinləri də onun tayıdır. O mənada onların siyasi məhbusların məsələsini gündəmə gətirməsi hal-hazırda Azərbaycana xaricdən olan təzyiqlər fonunda, onların xaricdən aldıqları müəyyən ianələrə verilən cavabdır. Çünki ianəni verəndə ondan tələb edirlər ki, onlar dedikləri sözləri desinlər. Azərbaycanda siyasi məhbus yoxdur ki, onu bizdən tələb etsinlər. Onlar heç olmasa yiyələrinə nəzər salsınlar. Bayden hakimiyyətə gələndə adamlar seçkinin düzgün keçirilmədiyini deyib Ağ Evə getdilər. Orada 1600-dən çox adamı həbs etdilər. Amerikada kimsə onlara siyasi məhbus demir. Bir var nəyəsə etiraz edəsən, bir də var inzibati xəta edəsən, bununla həbs etsinlər. Amma sənin danışdıqlarına görə həbs etməyiblər ki. Səndə konkret maddələr var. Özünü öldürsən-öldürməsən də o maddələrlə həbs ediblərsə, siyasi məhbus sayılmırsan".

Müəllif: Söylü Ağazadə
Seçilən
162
50
Mənbələr
Şərh ()
Bağla