AZ

Hitlerin sonuncu ad günü – o, daha çox intihara hazırlıq tədbirinə bənzəyib

Hakimiyyətdə olduğu illərdə Adolf Hitlerin ad günləri böyük təntənə ilə keçirilib. Fürer dünyanın ayrı-ayrı yerlərindən çoxsaylı təbriklər, hədiyyələr alıb, ziyafətlər bir neçə gün davam edib. Hitlerin ən yaxın silahdaşlarından biri olan Rudolf Hess gündəliyində bu tədbirlər haqqında aşağıdakıları qeyd edib:

“Fürer istənilən bir məsələdə təntənəni sevən şəxs idi. Ad günlərini isə o, böyük həvəslə gözləyirdi. Hitler təbrik və hədiyyə “yağış”ı altında özünü çox xoşbəxt hiss edirdi, ünvanına deyilən sözlər onu az qala uşaq kimi sevindirirdi. Ziyafətlərin menyusuna Hitler şəxsən özü nəzarət edirdi, ən kiçik nüanslara belə diqqət yetirirdi. Ad günü tədbirləri üçün ona yeni geyimlər də hazırlanırdı. Bir sözlə, fürerin ad günü əsl dövlət bayramı tədbirinə çevrilirdi, küçələrdən onu şəkli əks olunan plakatlar asılırdı...”

Zənginliyi sevən fürer bu təntənələri özünə haqq sayıb, amma bu təntənələr çox da uzun sürməyib. 1945-ci ilin yanvarın 16-dan Hitler öz fəaliyyətini Reyxskanselyariyanın həyətində yerləşən bunkerdə (forbunker) davam etdirib və o, özünün intiharına qədər bunkeri cəmi bir neçə dəfə tərk edib.

1000013642

Hitler sonuncu ad gününü də bunkerdə keçirmək məcburiyyətində qalıb. 20 aprel 1945-ci ildə 56 yaşını qeyd edən Hitler səhər saatlarında bunkerdən çıxaraq Rexskanselariyanın həyətində düzülmüş hərbçiləri mükafatlandırıb və bir neçə dəqiqədən sonra yenidən yerin altına qayıdıb.

Əvvəlki illərdən fərqli olaraq bu dəfə Hitlerə fərqli “hədiyyələr” göndərilib. Məhz aprelin 20-də Amerikanın və Britaniyanın Hərbi Hava Qüvvələri Berlini əvvəlki günlərlə müqayisədə 3 dəfə daha çox bomba yağışına tutublar. Sovet hərbçilərinin hədiyyəsi isə daha eksklüziv olub. Onlar bombaların üzərinə “Hitlerə hədiyyə” yazaraq fürerin ad gününü daha səsli-küylü ediblər.

Hitleri təbrik etmək üçün yalnız yaxın silahdaşları bunkerə təşrif buyurublar. Onlardan biri də Almaniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, qross-admiral Karl Denis olub. Sonralar Karl Denis müəllifi olduğu “10 il və 20 gün” kitabında Hitlerin sonuncu ad gününü bülə xatırlayıb:

1000013644

“Həmin gün Hitleri tanımaq olmurdu. 56 yaşlı fürer 80 yaşlı bir qocanı xatırladırdı. Əllərinin əsməsini gizlətmək üçün o, qollarını arxasında çarpazlayırdı. Yaxın silahdaşlar bir-bir onun şərəfinə yüksək sözlər söylədilər, qələbə arzuladılar. Amma bütün bunlar qeyri-səmimi idi. Əslində Hitlerin özü də onları artıq özünə yaxın silahdaş kimi qəbul etmirdi. Fürer üçün onlar qorxaq və satqın idilər. Masanın üstünə içki və qədəhlər düzülmüşdü. Qədəhləri doldurmazdan əvvəl Hitler kiçik bir nitq söylədi. O, Berlini nəyin bahasına olursa-olsun müdafiə etməyi göstəriş verirdi və yəqin özü də bilirdi ki, bu mümkünsüzdür. Çünki biz yerin altında olsaq da, yerin üstündəki bomba səslərini aydın eşidirdik. Hitler gələcək planları haqqında heç nə danışmadı. Konkret olaraq heç kimə tapşırıq vermədi. Ancaq o da aydın hiss olunurdu ki, fürer vaxtilə güvəndiyi və həmin gün qarşısında dayandığı yüksəkçinliləri nifrət və kinayə ilə süzür. Mən həmin gün hiss edirdim ki, o, mənə nə isə demək istəyir. Amma sona qədər mənə heç bir əmri olmadı. Ağır gün idi fürerin sonuncu ad günü. Dünyaya sahib olmaq iddiasında olan bir şəxsin bir neçə otaqda sığınıb qalması həqiqətən də dəhşətli mənzər idi və bu ad günü daha çox Hitlerin intihara hazırlıq tədbirinə bənzəyirdi...”

Həftələr ərzində Avropa ölkələrini işğal edən, dünyaya meydan oxuyan, milyonların ölümünə səbəbkar olan Hitlerin öz doğum günündə başını çölə çıxara bilməməsi, çarəsis vəziyyətə düşməsi, həmin məqamlarda isə Ruzvel, Çörçill və Stalinin qələbə tədbirlərinə hazırlaşması fürerdə başqa çıxış yolu qoymayıb.

Hitler sonuncu ad günündə Karl Denisə demək istədiklərini isə doqquz gündən sonra isə, aprelin 29-da, intiharından bir gün əvvəl vəsiyyətində qeyd edib:

“...Ölümümdən əvvəl mən reyxs-marşal German Herinqi partiyadan xaric edirəm və bütün hüquqlarını əlindən alıram. Qross-admiral Karl Denisi reyxs-prezident və silahlı qüvvələrin ali baş komandanı təyin edirəm...”

1000013646

Fürerin intiharından sonra onun vəsiyyətini Hitlerə ifrat dərəcədə sədaqəi ilə fərqlənən Denisə təqdim edilib. Qross-admiral radio vasitəsi ilə xalqa müraciət edərək Hitlerin ölümünü və özünün varisliyini rəsmi bəyan edib. Müraciətdə o, Hitlerin qəhrəmancasına öldüyünü qeyd edərək fürerin ideyalarının davam etdirilməsi üçün xalqı mübarizəyə çağırıb.

Amma tarixdən məlum olduğu kimi bu mübarizə çağırışları da heç bir məna kəsb etməyib. Qross-admiralın fürerliyi cəmi 20 gün davam edib.

21 may 1945-ci ildə Denis amerikalılar tərəfindən həbs edilib. Nürnberq məhkəməsində Denis iki maddə, sülhə qarşı cinayət və hərbi cinayət maddələri ilə ittiham edilib. SSRİ tərəfi ona ən ağır cəza, edam olunmasını istəsə də, Denis özünü müdafiə edə bilib. O, prosesdə digər nasist rəhbərlərdən fərqli olaraq özünü əsl zabit kimi aparıb. Qross-admiral ifadələrində Hitleri tənqid etməyib, onu lənətləməyib, müharibə qanunlarına uyğun hərəkət etdiyini bildirib. Ayrı-ayrı ölkələrin, o cümlədən ABŞ-ın da hərbi dəniz sahəsi üzrə tanınmış mütəxəssisləri Denisin müdafiəsi üçün Nürnberq məhkəməsinə müraciət ediblər. Bütün bu müraciətlər, o cümlədən Denisin nasist Almaniyasında siyasi proseslərə müdaxilə etməməsi, yalnız hərbçi kimi əmrləri icra etməsi nəzərə alınaraq məhkəmə onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bununla da Denis edam hökmündən xilas olub.

İlham Cəmiloğlu,
Musavat.com

Seçilən
205
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17157
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
15476
Səidə Sultan klipi üçün lüt soyundu
12041
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10647
Faiq Sadıqov
9687
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9489
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6083
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5960
Gənc aparıcı vəfat etdi - FOTO
5857
10 yaşlı uşağın faciəvi ölümü
5584
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5532
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5485
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
5039
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4677
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4397
Ruslan Müşfiqabadlının anası vəfat edib
4026
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3490
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3310
Taleh Kazımov yeni direktor təyin etdi
3298