AZ

"Heydər Əliyevin 100 illiyi" yubiley medalı - İqbal Səfərov yazır

O hər birimizin qəlbimizə yol tapmağı bacarmışdı.

Onu ən çox hərbi kursantlar qarşısında çıxış etdiyi zaman yıxıldıqdan sonra ayağa qalxıb geri gəldiyində sevmişdim.

Necə də möhtəşəm bir qayıdış idi. Tarixin özü idi.

Hətta mən deyərdim ki, işğalda olan torpaqlarımızın azad olunma tarixi məhz həmin o andan başlamışdı...

Bu bəzəkli cümlə deyil. O yaşda qabırğaların qırıla, həkimlər ayağa durmağı qadağan edə. Həyatına, yaşamağına böyük risk yarana ...Amma sən bütün bunları görməzdən gələrək ölümə meydan oxuyaraq geri qayıdasan...Öz əsgərlərinin önündə ölüm təhlükəsinə rağmən məğrur dayanasan...

Komandan güclüdürsə, cəsarətlidirsə, ölümdən qorxmursa, yeri gələndə canı bahasına ayaqda durmağı bacarırsa onun əsgərlərini heç bir ordu məğlub edə bilməz!

Hər kəs ayağa qalxmışdı... Alqışlar altında Ali Baş Komandanını qarşılamışdı... Nə möhtəşəm alqışlar idi...

Bu gün dəyərli dostum, qardaşım, " Yeni Müsavat" Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Abbasov Arifoglu prezident İlham Əliyevin sərəncamı ilə Ulu Öndərimiz Heydər Əliyevin yüz illiyi yubiley medalı ilə təltif edilmişdir. Rauf bəyin də dediyi kimi bu, təltif olunan medallar sırasında birinci yeri tutur. 

434672872_25356971503916896_9014092857827075618_n.jpg

Mənim üçün də bu medal ən ali medaldır. Bütöv Azərbaycan deməkdir.

Azərbaycan deyəndə mərhum liderimizin səsi titrəmişdi, kövrəlmişdi, ağlamışdı....

Üzərinizdə fəxrlə daşımağın xoşbəxtliyini yaşayın. Bu Cənab Prezidentin sizə və rəhbərlik etdiyiniz Yeni Müsavat Media Qrupuna olan diqqət və qayğısıdır. Sizi və dəyərli kollektivinizi ürəkdən təbrik edirəm, əziz qardaşım. Sağ əliniz bizlərin başına. 

 

Müəllif: İqbal Səfərov

Silahlı Qüvvələrin zabiti, Gömrük Komitəsinin əməkdaşı

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
18
musavat.com

10Mənbələr