AZ

Könül Nurullayeva “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Milli Məclisin deputatı Könül Nurullayeva “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.BAKU.NEWS xəbər verir ki, millət vəkili bununla bağlı məlumat paylaşıb."Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmaq mənim üçün olduqca qürurverici bir haldır. Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edirəm. Azərbaycan var olduqca, Ulu Öndər Heydər Əliyev xalqın qəlbində yaşayacaqdır!Bir daha bizlərə göstərilən dəyər və etimada görə möhtərəm cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun!", deyə millət vəkili vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
239
18
baku.news

10Mənbələr