AZ

“Politico”: Ukrayna müdafiəsinin ön xətti çökmək riski ilə üzləşib

Ukrayna müdafiəsinin ön xətti çökmək riski ilə üzləşib.APA xəbər verir ki, bu barədə “Politico” Ukrayna ordusunun adı açıqlanmayan iki yüksək rütbəli rəsmisinə istinadən məlumat paylaşıb.Bildirilib ki, cəbhədə Ukraynanın üzləşdiyi hərbi mənzərə yaxşı deyil və Rusiya generalları qarşıdan gələn hücum əməliyyatları zamanı diqqəti hansı istiqamətə yönəltsələr, uğur əldə edə bilərlər.Əlavə olunub ki, sayca üstün hərbi qüvvələri və həftələrdir Ukrayna mövqelərinə endirdiyi idarə olunan aviabombalar sayəsində Rusiya ön xəttin bir neçə hissəsini əzə bilər.“İndi Ukraynaya heç nə yardım edə bilməz, çünki Ukraynanın ehtimal ki, üzərimizə göndərəcəyi çoxsaylı Rusiya qüvvələrinə qarşı balans əldə etməsi üçün ciddi texnologiya yoxdur. Bizim bu texnologiyamız yoxdur və Qərbdə də onlardan kifayət sayta yoxdur”, - hərbi rəsmilərdən biri bildirib.O, döyüş meydanındakı hazırkı xoşagəlməz dinamikanın yalnız Ukraynanın müqaviməti və rusiyalı komandirlərin səhvi sayəsində dəyişə biləcəyini qeyd edib. Bununla belə, ukraynalı rəsmilər sadəcə Rusiyanın səhv etməsini gözləməyin strategiya olmadığını əlavə ediblər.Rəsmilərdən biri deyib ki, Zalujni bu münaqişəni “bir şanslıq müharibə” adlandırıb. Çünki istifadə edilən silah sistemləri çox qısa müddət sonra istifadəyə yararsız olur, belə ki, rusiyalılar onlara müqaviməti öyrənirlər: “Məsələn, biz “Storm Shadow” (Böyük Britaniya) və SCALP (Fransa) qanadlı raketlərindən yalnız qısa müddət uğurla istifadə edə bildik. Rusiyalılar həmişə öyrənirlər. Onlar bizə ikinci şans vermirlər. Onlar bunda uğurludurlar”.Digər rəsmi isə Ukraynanın ehtiyac duyduğu silah sistemlərini vaxtında ala bilmədiyini, bu silahların onlara ehtiyac duyulmadığı zaman tədarük edildiyini qeyd edib: “Pilot hazırlığı başa çatdıqdan sonra onlarla F-16 qırıcısının bu yay istifadəyə veriləcəyi gözlənilir. Hər silahın öz vaxtı var. F-16-lara 2023-cü ildə ehtiyac var idi, onlar 2024-cü il üçün uyğun olmayacaqlar”.Ukraynalı zabit Rusiyanın F-16 qırıcılarını vurmaq üçün S-400 raket və radar sistemlərini yerləşdirəcəyi yerləri müəyyənləşdirdiyini qeyd edib: “Son bir neçə ayda biz Krımın şimalındakı Cankoydan ruslar tərəfindən partlayıcı başlığı olmayan raketlər atıldığını görürdük. Biz onların nə etdiklərini başa düşə bilmirdik, lakin sonradan anladıq: Onlar məsafəni tapmağa çalışırlar”.Ukrayna rəsmiləri Kiyevin indi raketlərə, haubitsalara, 4 milyon mərmiyə, 2 milyon drona ehtiyac duyduğunu bildiriblər: “Biz hər zaman Qərbdəki tərəfdaşlarımıza bildirmişik ki, bizim döyüş təcrübəmiz var, döyüş meydanını anlayırıq. Onların isə resursları var və bizə ehtiyac duyduqlarımızı verməlidirlər”.Hər iki zabit Ukraynanın eyni zamanda, daha böyük canlı qüvvəyə ehtiyac duyduğunu xatırladıb.

Seçilən
168
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17183
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16816
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16026
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14237
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13217
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10009
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8799
"Zaur, yenə çaşdın..." - VİDEO
8133
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6744
Minimum əmək haqqı nə qədər arta bilər?
6324
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
6220
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5753
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
5612
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5588
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4790
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4501
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4485
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3421