AZ

“Politico”: Ukrayna müdafiəsinin ön xətti çökmək riski ilə üzləşib

Ukrayna müdafiəsinin ön xətti çökmək riski ilə üzləşib.

APA xəbər verir ki, bu barədə “Politico” Ukrayna ordusunun adı açıqlanmayan iki yüksək rütbəli rəsmisinə istinadən məlumat paylaşıb.

Bildirilib ki, cəbhədə Ukraynanın üzləşdiyi hərbi mənzərə yaxşı deyil və Rusiya generalları qarşıdan gələn hücum əməliyyatları zamanı diqqəti hansı istiqamətə yönəltsələr, uğur əldə edə bilərlər.

Əlavə olunub ki, sayca üstün hərbi qüvvələri və həftələrdir Ukrayna mövqelərinə endirdiyi idarə olunan aviabombalar sayəsində Rusiya ön xəttin bir neçə hissəsini əzə bilər.

“İndi Ukraynaya heç nə yardım edə bilməz, çünki Ukraynanın ehtimal ki, üzərimizə göndərəcəyi çoxsaylı Rusiya qüvvələrinə qarşı balans əldə etməsi üçün ciddi texnologiya yoxdur. Bizim bu texnologiyamız yoxdur və Qərbdə də onlardan kifayət sayta yoxdur”, - hərbi rəsmilərdən biri bildirib.

O, döyüş meydanındakı hazırkı xoşagəlməz dinamikanın yalnız Ukraynanın müqaviməti və rusiyalı komandirlərin səhvi sayəsində dəyişə biləcəyini qeyd edib. Bununla belə, ukraynalı rəsmilər sadəcə Rusiyanın səhv etməsini gözləməyin strategiya olmadığını əlavə ediblər.

Rəsmilərdən biri deyib ki, Zalujni bu münaqişəni “bir şanslıq müharibə” adlandırıb. Çünki istifadə edilən silah sistemləri çox qısa müddət sonra istifadəyə yararsız olur, belə ki, rusiyalılar onlara müqaviməti öyrənirlər: “Məsələn, biz “Storm Shadow” (Böyük Britaniya) və SCALP (Fransa) qanadlı raketlərindən yalnız qısa müddət uğurla istifadə edə bildik. Rusiyalılar həmişə öyrənirlər. Onlar bizə ikinci şans vermirlər. Onlar bunda uğurludurlar”.

Digər rəsmi isə Ukraynanın ehtiyac duyduğu silah sistemlərini vaxtında ala bilmədiyini, bu silahların onlara ehtiyac duyulmadığı zaman tədarük edildiyini qeyd edib: “Pilot hazırlığı başa çatdıqdan sonra onlarla F-16 qırıcısının bu yay istifadəyə veriləcəyi gözlənilir. Hər silahın öz vaxtı var. F-16-lara 2023-cü ildə ehtiyac var idi, onlar 2024-cü il üçün uyğun olmayacaqlar”.

Ukraynalı zabit Rusiyanın F-16 qırıcılarını vurmaq üçün S-400 raket və radar sistemlərini yerləşdirəcəyi yerləri müəyyənləşdirdiyini qeyd edib: “Son bir neçə ayda biz Krımın şimalındakı Cankoydan ruslar tərəfindən partlayıcı başlığı olmayan raketlər atıldığını görürdük. Biz onların nə etdiklərini başa düşə bilmirdik, lakin sonradan anladıq: Onlar məsafəni tapmağa çalışırlar”.

Ukrayna rəsmiləri Kiyevin indi raketlərə, haubitsalara, 4 milyon mərmiyə, 2 milyon drona ehtiyac duyduğunu bildiriblər: “Biz hər zaman Qərbdəki tərəfdaşlarımıza bildirmişik ki, bizim döyüş təcrübəmiz var, döyüş meydanını anlayırıq. Onların isə resursları var və bizə ehtiyac duyduqlarımızı verməlidirlər”.

Hər iki zabit Ukraynanın eyni zamanda, daha böyük canlı qüvvəyə ehtiyac duyduğunu xatırladıb.

Seçilən
167
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3384
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3295
Bu yol qovşağında təmir işləri aparılacaq
2774
Bakıda hoteldə yanğın başlayıb
2374
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1433
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1423
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1392
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1263
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1095
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1078
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
898
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
877
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
855
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
810
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
770
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
760
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
760
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
730
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
726
Sabah 5 kəndin qazı kəsiləcək
709