AZ

Kevin Medinanın avtomobilinin şüşəsini qırdılar - FOTO

Ötən gün keçirilən “Neftçi” - “Qarabağ” (0:4) oyunundan sonra qonaqların futbolçusu Kevin Medinanın avtomobilinə ziyan vurulub.
 
Bu barədə müdafiəçi “Instagram” hesabında paylaşım edib:
 
“Bu, oyundan sonra mənim avtomobilimin fotolarıdır. İnsanların bu vəziyyətdə ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Ailəm də maşında ola bilərdi. Təhlükəli vəziyyətdir. Öz adımdan xahiş edirəm ki, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
11
moderator.az

10Mənbələr