AZ

“Neftçi” ilə oyundan sonra "Qarabağ"ın legionerinin maşınına hücum edilib - FOTO

Azərbaycan Kubokunun yarımfinal matçının ilk oyunları çərçivəsində keçirilən “Neftçi”-“Qarabağ” (0:4) qarşılaşmasından sonra məğlub komandanın azarkeşləri Ağdam təmsilçisinin legioneri Kevin Medinanın maşınına hücum ediblər.

Apasport.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşımında bildirib.

Kolombiyalı oyunçu vəziyyəti belə şərh edib: “Bu, mənim oyundan sonra maşınımın vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır, maşında ailəm də ola bilərdi. Öz adımdan xahiş edirəm, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”.

“Neftçi”
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
4

1Mənbələr

Şərh ()
Bağla