AZ

Zaxarova: İrəvan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında verib

Zaxarova:

İrəvan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında qəbul edib. Regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskvanın və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər isə yalandır.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekanalının “Bu arada” verilişinin efirində bildirib.

“Mən bu fikri söyləyən və yayanların hamısını yalan danışmaqda ittiham edirəm. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin günahı olduğunu iddia edən və yayanların hamısını yalanda ittiham edirəm”, - Zaxarova əlavə edib.

Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanın Qarabağdan rəsmən imtina etməsi mövzusunu təbliğ ediblər: “NATO-nun diktəsi ilə imzalanan sənədlərdə Qarabağ sakinlərinin hüquqları heç bir şəkildə təsbit və təmin edilməyib”.

Zaxarova onu da qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi Yerevanın Avropa İttifaqı, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır.

E. KAMAL
Seçilən
114
5
Mənbələr
Şərh ()
Bağla