AZ

Erməni xalqı ABŞ-nin yaxın müttəfiqi İsrailin başına nə gətirdiyini xatırlamalıdır - Rusiya XİN

“Rəsmi İrəvana ABŞ-nin öz yaxın müttəfiqlərini hara apardığını xatırlamağı tövsiyə edirəm”.Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Tsarqrad” telekanalına müsahibəsində deyib.“ABŞ Haiti üçün məsuliyyət daşıyırdı. Görürsən orada nə baş verir? ABŞ-nin Yaxın Şərq siyasəti tamamilə iflasa uğradı. Bu, dünyanın heç vaxt görmədiyi faciəyə gətirib çıxardı”, - deyə siyasətçi vurğulayıb.Zaxarova qeyd edib ki, ABŞ-nin Yaxın Şərqi və onun ən yaxın müttəfiqi İsraili hansı dəhşətli çıxılmaz vəziyyətə saldığını heç kim bilmirdi:“Qoy Ermənistan və erməni xalqı bunu özləri üçün xatırlasın və ABŞ-nin ən yaxın müttəfiqlərini hara apardığını bilsinlər”, - deyə siyasətçi bildirib.  Daşqın HəsənovMissiya.Az

Seçilən
155
8
Mənbələr
Şərh ()
Bağla