AZ

"Biz nüvə yanğınları ilə üçüncü dünya savaşı astanasındayıq" - Lukaşenko 

"Ölkəmizdə son ukraynalıyadək tammiqyaslı müharibə törədilib və biz üçüncü dünya savaşının astanasındayıq..."
 
"Əgər Rusiya rəhbərliyi vəziyyətin Rusiyanın parçalanması təhlükəsi həddinə çatdığını hiss edərsə, ən dəhşətli silah tətbiq ediləcək..."
 
Belarus Respublikası Ukrayna, Litva və Polşa sərhədləri yaxınıığında hərbi təlimlərə başlayıb
 
Belarus hakimiyyəti ordunu "dost olmayan" ölkələrlə mümkün müharibə hazırlığına başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə  Belarus hakimi Aleksandr Lukaşenko bəyan edib. Məlumatı "charter97.org" nəşri yayıb.
 
Məlumatda deyilir ki, martın 31-də Lukaşenko "Milli Məclisə" müraciət edərək üçüncü dünya müharibəsi və nüvə silahının tətbiqi ilə sayaqlayıb.
 
"Bizim doğma ölkəmizdə tammiqyaslı müharibə törədilib! Son ukraynalıyadək! Nəticədə nüvə yanğınları ilə müşahidə ediləcək üçüncü dünya savaşı astanasındayıq!" - ağlını itirmiş diktator bəyan edib.
 
"Rusiya hərbi-sənaye kompleksi və ordusunu tam gücü ilə işə salmalıdır, söhbət həm fosfor döyüş sursatları, həm zənginləşdirilməmiş, həm də zənginləşdirilmiş urandan gedir.
 
Əgər Rusiya rəhbərliyi vəziyyətin Rusiyanın parçalanması təhlükəsi həddinə çatdığını hiss edərsə, o zaman ən dəhşətli silah tətbiq ediləcək", - Lukaşenko 
deyib.
 
O, fikrini davam edərək deyib: "Mən açıq deyirəm, biz müharibəyə hazırlaşırıq. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" deyimini mən düşünməmişəm. Çox doğru deyilib", - Lukaşenko bəyan edib.
 
Onun sözlərinə görə, ölkədə müvafiq bölmələrin hazırlığı gedir, qoşunlar üçün müxtəlif növ silah və texnika tədarük edilir.
 
Bu arada isə Belarus Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna, Litva və Polşa ilə sərhəddə yerləşən Qomel və Qrodno vilayətlərində üç günlük hərbi təlimlərə start verilib.
 
Bu təlimlər hərbi vəziyyət tətbiq edildikdə qoşunların fəaliyyətinin işlənib hazırlanmasına yönəlib.
 
"Təlimlərin gedişində ərazi müdafiə obyektlərinin mühafizəsi və müdafiəsi, habelə hərbi vəziyyət tədbirlərinin xalq döyçüləri könüllülərini cəlb etməklə təmin edilməsi məsələlərinin işlənib hazırlanması planlaşdırılır", - nazirliyin bəyanatında deyilir.
 
Martın sonunda Lukaşenko Litva ilə sərhəd yaxnlığında
Belarus ordusunun yerəşdiyi ərazini ziyarət edib və Suvalk dəhlizində mümkün döyüş əməliyyatlarını hərbçilərlə müzakirə edib.
 
O zaman Belarus müdafiə naziri Viktor Xrenin məlumat verib ki, Rusiyanın Kalininqrad vilayətinədək düz yolla məsafə 42 km təşkil edir.
 
Yanvar ayında Almaniyanın "Bild" nəşri Rusiyanın Polşa və Litva arasında dar Suvalk dəhlizini ələ keçirmək üçün NATO ölkələrinə hücumununun "məxfi planını" əldə edib. Bu plana görə fəal hərbi əməliyyatlar sentyabr ayında başlamalıdır.
Seçilən
170
50
Mənbələr
Şərh ()
Bağla