AZ

“Azərbaycanda da hər kəs anlamalıdır ki, bələdiyyələr "torpaq satmaq” qurumu deyil...”

“Qardaş Türkiyədə cəmiyyətin əsasını bələdiyyələr təşkil edir, dövlət-vətəndaş münasibətlərini məhz bu qurumlar nizamlayır. Ona görə də bələdiyyə seçkilərinə bu cür önəm verilirdi...”
 
Türkiyədə müxalifətin qələbəsi ilə başa çatan son bələdiyyə seçkiləri eyni zamanda bələdiyyələrin qardaş ölkənin, cəmiyyətin həyatında necə böyük bir rol oynadığının göstəricisidir. Bəs görəsən, Azərbaycanda da bələdiyyələri son 20-25 illik lüzumsuz ətalətdən çıxarmaq və bizdə də bu yerli idarəçilik qurumlarının ölkənin, xalqın həyatında böyük rol oynamasını təmin etmək üçün hansı işləri görmək, hansı islahatları aparmaq lazımdır?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında “Azad Vətən” partiyasının sədri Akif Nağı aşağıdakı fikirləri ifadə edib:
 
“Türkiyə dünyaya bir demokratiya dərsi keçdi. Bu vaxta qədər ABŞ , Avropa da daxil belə bir nümunəni xatırlamıram. Cənab Ərdoğanın dediyi kimi, bununla həm də Türkiyə qazandı. Müxalifət də özünü qaydalar çərçivəsində apardı, aşırı təkəbbür nümayış etdirmədi... 
 
Bəli, bu seçkilər də bir daha göstərdi ki, bələdiyyələr onsuz da Türkiyənin həyatında həmişə ciddi rol oynayıb. Belə demək mümkündürsə, qardaş ölkədə cəmiyyətin əsasını bələdiyyələr təşkil edir, dövlət-vətəndaş münasibətlərini məhz bu qurumlar nizamlayır. Ona görə də seçkilərə bu cür önəm verilirdi...
 
Azərbaycana gəldikdə, əlbəttə, ölkəmizdə də bələdiyyələrin bu səviyyəyə çatmasını istəyərdik. Amma hər bir prosesin özünün inkişaf mərhələləri var. Türkiyə özü də bələdiyyələrin hazırkı səviyyəsinə birdən-birə çatmayıb. Bu qurum cəmiyyətdə yerini son 30-40 ildə tutub. Biz də bu istiqamətdə addım-addım irəliyə gedirik. Və daha sürətlə getməyimiz üçün Türkiyə nümunəsindən də yararlanmalıyıq...
 
Bu prosesin iki tərəfi var.  Birincisi, cəmiyyət buna hazır olmalıdır. Maarifləndirmə işləri aşarılmalıdır. Bu mənada siyasi partiya , QHT, KİV  və digər vətəndaş institutlarının üzərinə ağır yük düşür. Azərbaycanda da insanlar başa düşməlidirlər ki, bələdiyyələr "torpaq satmaq" qurumu deyil, cəmiyyətin özünü idarəetmə məktəbidir. Xalqın, millətin xoşbəxtliyi onun özünü idarə edə bilməsi ilə başlayır. Digər tərəfdən, dövlət qanunvericilik fəaliyyəti, strukturlar yaradılması, bələdiyyələrin real fəaliyyətinin təmin olunması ilə bağlı öhdəliklərini yerinə yetirməlidir... Və s. 
 
İstənilən halda, bu məsəlı ilə bağlı nikbinəm, inanıram ki, başqalarının onilliklərlə keçdiyi yolu biz daha tez qət edib, hədəflərimizə çatacağıq...”
 
Sultan Laçın
 
Seçilən
183
50
Mənbələr
Şərh ()
Bağla