AZ

“Mən “Sportinq”də xoşbəxtəm”

Lissabon “Sportinq”inin baş məşqçisi Ruben Amorim gələcəyi haqqında danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə idman jurnalisti Ben Ceykobs sosial şəbəkə hesabında yazıb.

Ceykobs baş məşqçinin fikirlərini izləyiciləri ilə paylaşıb:

“Mən indi “Sportinq”ə köklənmişəm. Sonda hər şeyi görəcəksiniz, amma hələlik müqaviləm var. Burada xoşbəxtəm. Bu, müqavilədən daha vacibdir”.

Xatırladaq ki, Ruben Amorimin “Liverpul”, “Çelsi” və “Barselona”ya keçidi ehtimal edilir. O, 2020-ci ilin martından “Sportinq”ə başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
2
qafqazinfo.az

3Mənbələr