AZ

“Liverpul”un hədəflədiyi baş məşqçi Amorim: “Sportinq”də xoşbəxtəm

“Liverpul”, “Çelsi” və “Barselona”ya keçidi ehtimal edilən Lissabon “Sportinq”inin baş məşqçisi Ruben Amorim gələcəyi haqqında danışıb.

“Report” xəbər verir ki, bu barədə idman jurnalisti Ben Ceykobs sosial şəbəkədə yazıb.

“Mən indi “Sportinq”ə köklənmişəm və bu komandanın məşqçisi olmaqdan çox qürur duyuram. Bütün diqqətimizi titullara yönəltmişik. Sonda hər şeyi görəcəksiniz, amma hələlik müqaviləm var və burada xoşbəxtəm <...> Burada xoşbəxt olmağım müqavilədən daha vacibdir”, – Ceykobs baş məşqçidən sitat gətirib.

Xatırladaq ki, Ruben Amorim 2020-ci ilin martından “Sportinq”ə başçılıq edir. Onun rəhbərliyi altında klub Portuqaliya Çempionatının (2020/2021), iki Portuqaliya Kubokunun (2020/2021, 2021/2022) və Portuqaliya Superkubokunun (2021/2022) qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
1
report.az

9Mənbələr