AZ

Abituriyentlərin imtahanda yol verdikləri YANLIŞLAR: “Həll edə bilməyəcəkləri suallarda “ilişib” qalmağa…”

“Abituriyentlər imtahanda ən yaxşı bildiyi fəndən, onlara ən rahat gələn sualdan başlamalıdırlar”.

Bu fikirləri abituriyentlərin imtahanlar zamanı yol verdiyi bəzi səhvlər və diqqət etməli olduqları məqamlar barədə danışan təhsil eksperti Rizvan Fikrətoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, imtahanlar zamanı bəzən abituriyentlər yaxşı bildikləri halda, hətta sadə suallara belə yanlış cavab verir, gözlənilən nəticəni toplaya bilmirlər:

“Hər il qəbul imtahanlarından sonra biz bu halların şahidi oluruq. Həyəcan, vaxtın düzgün bölünə bilinməməsi, suallara haradan başlamaq lazım olduğunu bilməmə kimi hallar daha çox baş verir. Burada bir sıra məqamlara xüsusi diqqət yetirilməlidir.

Abituriyentlər imtahanda ən yaxşı bildiyi fəndən, onlara ən rahat gələn sualdan başlamalıdırlar. Birinci sualdan başlamaq heç də vacib deyil. Sualın şərtinə diqqət yetirilməli, onun abituriyentdən nə istədiyinə fikir verilməlidir. Xüsusən də sonluqlarda “aiddir”, “aid deyil”, “düzgün olan”, yaxud “olmayan bəndləri seçin” tipli sonluqlara diqqət yetirilməlidir. Bu kimi sözlərin altından xətt çəkərək sizdən nə istədiyini diqqətdə saxlamaq daha məqsədəuyğun olar.

Abituriyentlər böyük suallardan qorxurlar. Əslində, bu belə deyil. Sual nə qədər böyük olarsa, səhvləri tapmaq bir o qədər asandır. Variantlarla işləmək, aid olmayan variantları silməklə cavaba yaxınlaşmaq lazımdır. Cavab variantını tapıldığı halda belə bütün variantaları nəzərdən keçirmək şərtdir. Abituriyentlər bildikləri, amma cavab variantını tapmaq üçün çox vaxt tələb edilən sualları sona saxlasalar, daha məqsədəuyğun olar. Eləcə də həll edə bilməyəcəkləri suallarda “ilişib” qalmağa ehtiyac yoxdur.

İmtahan müddətində vaxt bölgüsünə riayət etmək lazımdır. Bir çox imtahan zalında saat olmayan otaqlar da var. Abituriyentlərin imtahana özü ilə mexaniki saat aparması da vacib addımdır. Ara-sıra kiçik fasilələr etməklə fikir tam olaraq imtahana cəmlənməlidir. Az bal toplamaq, “qohum-qonşu nə deyər” fikirlərini çox düşünməmək gərəkdir. Şagirdlər imtahana özü ilə qazsız su aparmalı və ara-sıra boğazlarını “yaşlamalıdırlar”.

Abituriyentlərə məsləhətim odur ki, imtahanda sona kimi əyləşmək, verilən vaxtın heç bir dəqiqəsini boşa verməmək gərəkdir. Bir sual belə həyatınızın, gələcəyinizin həlledici nöqtəsi ola bilər. İmtahanınız erkən bitsə də, bütün cavabları yoxlamadan və boş qoyduğunuz suallara baxmadan zaldan çıxmayın. İmtahan vaxtını son dəqiqəyə qədər qiymətləndirin”.

İsmayıl Bakuvi

Seçilən
132
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26605
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26262
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18126
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16840
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14386
Sabah 20 dərəcə isti olacaq
9645
May ayında Azərbaycana qar yağdı - VİDEO
8817
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8576
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8481
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8162
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7223
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7143
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6961
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6862
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6538
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6478
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6438
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6025
Azərbaycan nefti ucuzlaşıb
5978
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5861