AZ

Yavaş və İmamoğlu rüzgarı: CHP Ankara və İstanbul məclislərində çoxluq əldə etdi

Şahin Cəfərli: “Ehtimal edilən erkən seçkidə İmamoğlu və Yavaş rahatlıqla istefa verib, prezidentliyə namizəd ola bilərlər”
“Ankara və İstanbulda Yavaş və İmamoğlu rüzgarıyla Cümhuriyyət Xalq Partiyası (CHP) böyük şəhər bələdiyyə məclislərində çoxluğu əldə etdi. Ötən dövrdə çoxluq “Cumhur İttifaqı”nda idi və Prezident Rəcəb Tayyib Ərdoğan Yavaş və İmamoğlunun “topal ördək” olacaqlarını, yəni effektiv fəaliyyət göstərə bilməyəcəklərini söyləmişdi. Belə olmadı, əlbəttə”. AYNA xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərini şərh edərkən deyib.  

Onun sözlərinə görə, böyükşəhər bələdiyyələrində Bələdiyyə Məclisində çoxluğa nail olmaq üçün böyük şəhərin rayon (ilçe) bələdiyyələrinin əksəriyyətini qazanmaq şərtdir: “Ankarada 25 rayon var və CHP yalnız 3 rayon bələdiyyəsinə (Çankaya, Yenimahalle, Elmadağ) nəzarət edirdi. Dünən CHP daha 13 rayon bələdiyyəsini (Keçiören, Etimesgut, Mamak, Beypazarı, Nallıhan, Ayaş, Polatlı, Haymana, Gölbaşı, Şereflikoçhisar, Kahramankazan, Kalecik, Güdül) qazandı. Buralar əsasən Ankaranın millətçi-mühafizəkar periferiyasıdır və Mansur Yavaş keçmiş MHP-li və İYİ Partidən siyasətçiləri CHP-yə gətirib, oralardan namizəd göstərməklə bir siyasət mühəndsi olduğunu isbatladı. Keçiörenin Turqut Altınokun bələdiyyəsi olduğunu da xatırladaq. Etimesgutda məşhur “Behzat Ç. Bir Ankara Polisiyesi” serialının baş rol ifaçısı, solçu Erdal Beşikçioğlu MHP-li mövcud bələdiyyə başqanını açıq fərqlə məğlub etdi”.
“İstanbulun 39 rayonu var və CHP əsasən laik-sekulyar kütlənin məskunlaşdığı 14 rayona (Kadıköy, Beşiktaş, Bakırköy, Şişli, Sarıyer, Kartal, Maltəpə, Avcılar, Adalar, Ataşehir, Beylikdüzü, Büyükçekmece, Küçükcekmece, Esenyurt) nəzarət edirdi. Dünənki seçkidə əlavə 12 bələdiyyə də qazanıldı ki, bunlar əsasən mühafizəkar rayonlar kimi tanınır: Bayrampaşa, Beyoğlu, Beykoz, Silivri, Çatalca, Çəkməköy, Eyüpsultan, Qaziosmanpaşa, Sancaktəpə, Şile, Tuzla, Üsküdar. (Silivri MHP-nin İstanbulda yeganə bələdiyyəsi idi.) Prezident Ərdoğanın doğulub-böyüdüyü Kasımpaşa məhəlləsinin Bəyoğlunda, Ərdoğanın malikanəsinin isə Üsküdarda yerləşdiyini maraqlı detallar kimi qeyd etmək olar”, - deyə analitik vurğulayıb. 
Onun sözlərinə görə, bələdiyyə məclislərinin qazanılması həm də o baxımdan vacibdir ki, ehtimal edilən erkən seçkidə İmamoğlu və Yavaş rahatlıqla istefa verib, prezidentliyə namizəd ola bilərlər: “Bu halda İstanbul və Ankara bələdiyyə məclisləri başqa bir CHP nümayəndəsini bələdiyyə başqanı seçə biləcək”.

Seçilən
177
17
Mənbələr
Şərh ()
Bağla