AZ

8 min manatlıq qızıl oğurlanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Paytaxtın Fatmayı bağlar sahəsində evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən M.Rüstəmov saxlanılıb
Paytaxtın Fatmayı bağlar sahəsində evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib. 
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş M.Rüstəmov müəyyən olunaraq saxlanılıb.
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Kürdəxanı qəsəbəsində iki həyətdən ümumilikdə 5200 manat dəyərində təmir alətləri, inşaat materialları və naqil oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar Z.Əliyev və Ü.Alxasov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır. 
P.ƏMİRCANOVXQ

Seçilən
111
9
Mənbələr
Şərh ()
Bağla