AZ

Daha bir şirkət rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılır

“O.M Logistics and Supply Company” MMC-nin rəhbərliyində təmsil olunan Müslümzadə Orxan Məcid oğlunun ölkədən çıxışı məhdudlaşdırılır.

 

Pravda.az-ın xəbərinə görə, O.Müslümzadə ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi edib.

 

Mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) olan iş hakim Kənan Hüseynovun icraatındadır. Baxış iclası aprelin 6-da keçiriləcək. 

 

Xəyal Quliyev

Tarix: 1 Aprel 2024, 08:51   
Seçilən
21
3
Mənbələr
Şərh ()
Bağla