AZ

Dini təyinatlı ədəbiyyatın satışı ilə məşğul olan sahibkarın ölkədən çıxışına "stop" qoyulur

Dini təyinatlı ədəbiyyatın satışı ilə məşğul olan sahibkar Salamov Cambulat Cavanşir oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulur.

 

Pravda.az-ın xəbərinə görə, sahibkarla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi edib.

 

Mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) olan iş hakim Zeynəb Axundovanın icraatındadır. Baxış iclası aprelin 8-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 1 Aprel 2024, 08:46   
Seçilən
23
6
Mənbələr
Şərh ()
Bağla