AZ

İsrail ordusu “İslami Cihad”ın qərargahına zərbə endirib - VİDEO

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal “İslami Cihad” təşkilatının qərargahının yerləşdiyi xəstəxanalardan birinin ərazisinə hücum edib.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Deyr əl-Bələh bölgəsində “Əl-Əqsa” xəstəxanasının həyətində fəaliyyət göstərən “İslami Cihad” terror təşkilatının əməliyyat komandanlıq qərargahına hücum edib”, - deyə məlumatda bildirilir.Hərbçilərin məlumatına görə, hücum zamanı həmin qərargahda fələstinli radikallar olub.Zərbənin dəqiq hədəfə alındığı və hərbçilərin radikalların fəaliyyətində iştirak etməyən mülki şəxslər üçün riskləri minimuma endirməyə çalışdıqları vurğulanıb.“Əl-Əqsa xəstəxanası bu zərbədən zərər görməyib və əməliyyatın onun işinə heç bir təsiri olmayıb”, - mətbuat xidməti əlavə edib.

Seçilən
239
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq