AZ

İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib

Bakı. Trend:

İsrail hərbçiləri ölkənin şimal hissəsinin atəşə tutulmasınacavab olaraq Livanın ərazisinə yeni zərbələr endiriblər.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuatxidməti xəbər verib.

Məlumata əsasən, gün ərzində İsrailin şimalındakı Ştula vəRexes-Ramim yaşayış məntəqələri istiqamətində ən azı üç tankəleyhinə raket atışı qeydə alınıb.

"İsrail ordusu təhlükəni aradan qaldırmaq üçün buraxılışmənbələrinə, eləcə də Livandakı əlavə ərazilərə zərbələr endirib",- deyə bildirilib.

Məqalədə:
Seçilən
169
50
Mənbələr
Şərh ()
Bağla