AZ

Premyer Liqa: "Zirə" səfərdə "Sabah"ı məğlub edib

Premyer

Bakı, 30 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Sabah" doğma meydanda "Zirə"ni qəbul edib. "Bank Respublika Arena"sında oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 24-cü dəqiqədə "qartallar"ın müdafiəçisi Ruan Renato vurub.

Günün ilk oyununda "Səbail" və "Turan Tovuz" qollu heç-heçə edib - 1:1.

Bu nəticədən sonra 42-ci xalını qazanan “Zirə” üçüncü pilləyə yüksəlib. "Sabah" isə 40 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə “Neftçi” səfərdə “Qəbələ”ni 1:0, “Qarabağ” isə “Kəpəz”i 6:1 hesabı ilə məğlub edib. Tura martın 31-də keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

Seçilən
208
1
Mənbələr
Şərh ()
Bağla