AZ

“Elçiliyimdə “hə”mi Arif müəllim verib” – Fotolar

Müğənni Gülay Zeynallı Xalq artisti Arif Babayevi evində ziyarət edib.

Axşam.az xəbər verir ki, xanəndə ilə fotolarını paylaşan ifaçı sosial şəbəkədə bunları yazıb:

“Arif müəllim 8 il ustadım olub. Asəf Zeynallı adına Milli kollec və Milli Konservatoriyada mənə dərs deyib. Arif müəllim elçiliyimdə “hə”mi verib. Bir sözlə, həyatımda və sənətimdə yeri çox böyükdü. Bu gün doyunca dedik, güldük. Gültəkin xalamın aşından yedik. Allah sənə can sağlığı versin, Hacı. Mən səni çox istəyirəm”.

 

Seçilən
60
14
Mənbələr
Şərh ()
Bağla