AZ

Gülay Zeynallı: “Elçiliyimdə “hə”mi Arif Babayev verib” - FOTO

Müğənni Gülay Zeynallı Xalq artisti Arif Babayevi ziyarət edib.

Müğənni bu barədə özü məlumat paylaşıb.

Xalq artisti ilə şəkillərini paylaşan Gülay Arif Babayevin onun elçilik mərasimində iştirak etdiyini bildirib.

“Arif müəllim 8 il ustadım olub. Asəf Zeynallı adına Milli Kollec və Milli Konservatoriyada dərs deyib. Arif müəllim elçiliyimdə “hə”mi verib. Bir sözlə, həyatımda və sənətimdə yeri çox böyükdür. Bu gün doyunca dedik, güldük. Gültəkin xalamın aşından yedik. Allah sənə can sağlığı versin, hacı. Mən səni çox istəyirəm”.

 

Mənbə: oxu.az

Aqreqator
Seçilən
113
1
Mənbələr
Şərh ()
Bağla