AZ

Almaniyada Ərdoğan Partiyası bank hesabı aça bilmədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bağlı Almaniyanın DAVA partiyası Almaniyada bank hesabı aça bilmir.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “BILD in Russian” Telegram kanalı məlumat yayıb.

 

Üç ay əvvəl Almaniyada müsəlman azlığın maraqlarını qorumaq məqsədi daşıyan Almaniyanın DAVA (Müxtəliflik və Oyanış üçün Demokratik Alyans) partiyası yaranıb.

 

Bir çox ekspertlər bu siyasi qüvvəni az qala Ərdoğanın Ədalət və İnkişaf Partiyasının Almaniyadakı nümayəndəliyi adlandırırlar.

 

Məlumdur ki, DAVA Avropa Parlamentinə seçkilərdə iştirak etmək planları ilə Almaniya hakimiyyətini və ölkənin siyasi isteblişmentini hədsiz dərəcədə təşvişə salıb.

 

Berlin Ankaranın Almaniyadakı vəziyyətə fəal şəkildə təsir göstərməyə başlayacağından qorxurdu.

İndi alman bankları DAVA üçün hesab açmaqdan imtina edirlər.

Partiyanın əsas namizədi Fatih Zingal, "Sadəcə bank hesabı ala bilmirik, artıq bir çox bankla əlaqə saxlamışıq",-deyə  bildirib.

Əksər maliyyə qurumları imtinanın səbəbini belə açıqlamır, bəziləri isə mənfi cavabın öz reputasiyalarından qorxmaları ilə izah olunur.

DAVA-nın liderlərindən biri Teyfik Özcanın sözlərinə görə, partiya seçki kampaniyası üçün üzvlük haqları və Almaniyadan gələn sponsorların ianələri hesabına vəsait toplayacaq. Lakin DAVA-nın bank hesabı yoxdursa, heç kim ona pul köçürə bilməyəcək.

 

 

Miri

 

Seçilən
209
50
Mənbələr
Şərh ()
Bağla