AZ

Bu ölkədə bank səhvə yol verdi, tələbələr 40 milyon dollardan çox pul çıxardı

Efiopiyanın ən böyük bankının müştəriləri hesablarında olandan daha çox pul çıxara bildiklərini aşkar ediblər. 

 

Sfera.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

 

Efiopiya Kommersiya Bankının yaydığı elana görə, bank sistemlərinin texniki xidməti və sınaqdan keçirilməsi zamanı səhvə yol verilib. Bank problemdən cəmi bir neçə saat sonra xəbər tutub və dərhal bütün əməliyyatları dondurub.  Həmin vaxta qədər müştərilər bankomatlardan 40 milyon dollardan çox pulu çıxara və ya başqa hesablara köçürə biliblər.

 

Bankın prezidenti Abe Sanonun sözlərinə görə, bu məbləğin böyük hissəsi tələbələr tərəfindən çıxarılıb. Mövcud olmayan pulları nağdlaşdırmağa imkan verən xəbər gecə telefonlar vasitəsilə tələbələr arasında yayılıb. Beləliklə, universitet yataqxanalarının yaxınlığındakı bankomatlarda uzun növbələr yaranıb.

 

İnci

Seçilən
201
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq