AZ

Sumqayıtdakı zavodda FACİƏ: Fəhlə öldü - YENİLƏNİB

Sumqayıtda "Azərboruyayma" istehsalat sahəsində baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

Lent.az-ın məlumatına görə, qurumdan verilən açıqlamada bildirilir:

"Sumqayıt şəhərindəki Azərboru istehsalat sahəsində fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyev iş yerində dünyasını dəyişib. Hazırda ölümün baş vermə səbəbləri araşdırılır.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb. Daha ətraflı məlumat araşdırma bitdikdən sonra ictimaiyyətə təqdim olunacaq".

***

16:39

Sumqayıtda zavodda ölüm  baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Boruyayma zavodunda qeydə alınıb. 

Zavodda fəhlə işləyən 35 yaşlı Haciyev Elşən Rasim oğlunun iş zamanı öldüyü bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Seçilən
148
3
Mənbələr
Şərh ()
Bağla