Sumqayıtda "Azərboruyayma" istehsalat sahəsində baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.
Lent.az-ın məlumatına görə, qurumdan verilən açıqlamada bildirilir:
"Sumqayıt şəhərindəki Azərboru istehsalat sahəsində fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyev iş yerində dünyasını dəyişib. Hazırda ölümün baş vermə səbəbləri araşdırılır.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb. Daha ətraflı məlumat araşdırma bitdikdən sonra ictimaiyyətə təqdim olunacaq".
***
16:39
Sumqayıtda zavodda ölüm baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Boruyayma zavodunda qeydə alınıb.
Zavodda fəhlə işləyən 35 yaşlı Haciyev Elşən Rasim oğlunun iş zamanı öldüyü bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.